Azərbaycan və Qazaxıstan iki ölkə arasında icazə verilən aviareyslərin sayının artırılmasına dair razılığa gəlib. Bu barədə Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev məlumat verib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Karabayevin sözlərinə görə, əgər əvvəl aviaşirkətlər həftədə ən çox 32 reys yerinə yetiribsə, o zaman indi bu limit 42 reysə qədər genişləndirilib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan iki ölkənin baş nazirlərinin danışıqlarının yekunlarına daircümə axşamı Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) gələcək inkişafı məqsədilə birgə logistika şirkətinin yaradılması haqqında saziş imzalayıblar. Bu gün onu Qazaxıstan və Azərbaycan bu sənədi imzalayıb, daha bir iştirakçı tərəfin - Gürcüstanın isə yaxın gələcəkdə müqaviləni imzalaması gözlənilir.
“Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında birgə şirkət yaradılır. Şirkət tariflərin birləşdirilmısi və TBNM-də bütün yüklərin emalı ilə məşğul olacaq. Şirkətin əsas vəzifəsi Çin ilə Avropa arasında yük daşımalarının həyata keçirilməsi olacaq. Bütün proseslərin maksimum sadələşdirilməsi. Daha öncə marşrut ilə yüklərin çatdırılması müddəti 53 gün təşkil edib, bu gün bu müddət 18-23 günədək azaldılıb. Yeni şirkətin fəaliyyəti cari il çatdırılma müddətini 18 zəmantəli günədək, daha sonra isə 10-15 günədək azaltmağa imkan verəcək”, - Karabayev vurğulayıb.
Nazirin sözlərinə görə, Bakı və Astana bu gün bu nəqliyyat dəhlizinin, yəni onun üzərindən keçən yük axınının maksimum rəqəmsallaşdırılması ilə bağlı sənəd imzalayıb. Bu təşəbbüsün həyata keçirilməsi üçün iri beynəlxalq investorların cəlb edilməsi planlaşdırılır. **
R.Əhmədov