2022-ci ilin yekunları üzrə “A+Co” şirkətinin xalis mənfəəti 2 milyon 45,234 min manat təşkil edib, bu da 2021-ci ilin gsötəricisindən 11,6% azdır.
Şirkətin audit olunmuş maliyyə hesabatına əsasən, 2022-ci il ərzində gəlirləri 31 milyon 747,461 min manat (artım 27,7%), maya dəyəri – 17 milyon 581,369 min amnat (artım 31,5%) təşkil edib.
Hesabat dövründə inzibati xərcləri 11 milyon 509,708 min manat (artım 13,8%) təşkil edib.
2022-ci ilin yekunları üzrə əməliyyat mənfəəti 2 milyon 272,482 min manat (azalma 11,6%) təşkil edib. Cəmiyyət 227,248 min manat (azalma 11,6%) mənfəət vergisi ödəyib.
2022-ci ildə şirkət aktivlərini 9,4% - 79 milyon 524,527 min manatadək, öhdəliklərinui – 28,1% - 27 milyon 654,009 min manatadək artırıb. Şirkətin kapitalı 1.5% - 51 milyon 870,518 min manatadək artıb, nizamnamə kapitalı – 10 min manat (dəyişməyib) təşkil edir.
O cümlədən, «A+Co» ASC nizamnamə kapitalını səhmlərin əalvə emissiyası hesabına 190 min manat – 200 min manatadək artırılması planları barədə elan edib.
«A+Co» ASC 1997-ci ildə fəaliyyətə başlayıb. Şirklət spirtli də daxil olmaqla müxtəlif içkilərin istehsalı ilə məşğul olur. Cəmiyyətin səhmdarı bir fiziki şəxsdir. **
X.Nəsirzadə