Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə əsasən Rusiya Federasiyasının iki müəssisəsindən quşçuluq məhsullarının sertifikatlaşdırılmasını dayandırıb. Bu barədə «Interfaks-Azərbaycan» Xidmətə istinadən xəbər verir.
Söhbət “İndyuşkin dvor” şirkəti (Rostov vilayəti, “Damate” ŞQ-yə daxildir) və “Blaqodarenskiy” ət-quş kombinatının (“Stavropol broyler” MMC-nin filialı, “Resurs” AMQ-yə daxildir) məhsullarından gedir. Bu müəssisələrin məhsullarında salmonella aşkarlanıb.
“Rosselxoznadzor” xatırladır ki, bu il qeyd olunan müəssisələrin məhsullarına ixrac tədarükündə salmonellanın aşkarlanması ilə əlaqədar gücləndirilmiş laboratoriya nəzarəti rejimini tətbiq edilib.
Məlumatda deyilir ki, “Rosselxoznadzor” azərbaycanlı həmkarlarının təqdim etdiyi faktlara əsasən araşdırma aparacaq, habelə təshih edilmə cavab tədbirləri həyata keçirəcək. **