Xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ildə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanacağını mümkün hesab edir.
“Əgər (İrəvan – İF) iradə nümayiş etdirərsə və bəyanatlar verməklə yanaşı, hər hansı bir əməli addım atarsa, düşünürəm ki, potensial olaraq hətta ilin sonundan da tez razılıq əldə etmək olar”, - deyə nazir “Reuters” agentliyinə müsahibəsində bildirib.
“Əgər Ermənistan buna hazır deyilsə, müqavilənin imzalanması təxirə salına bilər”, - deyə Bayramov əlavə edib.*
R.Kərimov