Dünya Bankı (DB) 2023-cü ilin aprel ayı ərzində Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsinin fəal şəkildə artdığını qeyd edir.
“Apreldə iqtisadiyyatın kreditləşdirilməsi yüksək templə artıb. Xüsusilə qeyd olunan dövrdə bankların kredit portfeli mart ayına nisbətən 1,6% artıb. Biznes kreditləri üzrə artım 1,2%, istehlak kreditləri üzrə artım 2,1% təşkil edib”, - deyə DB-nin Azərbaycan iqtisadiyyatı ilə bağlı aylıq icmalında qeyd olunur.
DB-nin qiymətləndirmələrinə görə, ÜDM-in artım tempinin 0,1%-ə qədər (yanvar-aprel aylarında), ərzaq inflyasiyasının 12,9%-ə qədər zəifləməsi, xarici ticarətdə müsbət saldonun qorunub saxlanılması və fiskal profisitin artımı da aprel ayının əsas trendləri olub.*
R.Əhmədov