Prezident İlham Əliyev yeni komando hərbi hissələrinin açılacağının anonsunu verib.
“Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”, - deyə dövlət başçısı iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
Prezidentin saytında dərc olunmuş məlumatda qeyd olunur ki, Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.
“Ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar hadisədir. Komandoların sayı gündən-günə artır”, - deyə o vurğulayıb.*
R.Kərimov