31 may 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,075 min ədəd bankomat quraşdırılıb ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayın sonuna Bakıda 1602 ədəd (artım 0,6%), bölgələrdə 1473 ədəd (azalma 0,3%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 80,462 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,8% çoxdur.
Bununla yanaşı, Bakıda 55,404 min ədəd (artım 2,9%), regionlarda 25,058 min ədəd (azalma 3,6%) pos-terminal quraşdırılıb.
Hesabat dövründə pərakəndə ticarət obyektlərində 78,102 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97%-i quraşdırılıb.*
B.Rüstəmbəyov