Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 21,676 milyon avro dəyərində (azalma 47,7%) 4,071 min ton qabığı təmizlənmiş meşə fındığı (azalma 43,1%) idxal edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarında deyilir.
Hesabat dövründə Azərbaycan Almaniyaya 11,956 milyon avro dəyərində (artım 2,4 dəfə) 2,214 min ton (artım 2,7 dəfə), İtaliyaya 6,278 milyon avro dəyərində (azalma 5,8 dəfə) 1,172 min ton meşə fındığı (azalma 5,3 dəfə) ixrac edib.
Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı idxal edib.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,103 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,061 min ton meşə fındığı (artım 42,7%) idxal edib.*
R.Kərimov