Qarabağ iqtisadi rayonunda qalmış qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan üçün ciddi təhlükə deyil, Azərbaycan Ordusunun bir korpusu onların öhdəsindən gələ bilər. Bu barədə müdafiə naziri Zakir Həsənov bəyan edib.
"Biz Azərbaycanın Qarabağ iqtisadi zonası ərazisində qalmış qeyri-qanuni erməni silahlı dəstələrinin imkanlarını yüksək qiymətləndirmirik. Onların sayı, silahlanmaları, mənəvi-psixoloji vəziyyətləri, nəyə qadir olduqları bizə məlumdur. Sizi əmin edirəm, cənab prezident (Azərbaycanın - İF) qeyd etdiyi kimi, onların Azərbaycan Ordusuna qarşı həyata keçirə biləcəkləri hansısa hərəkətlər üçün heç bir şansları yoxdur", - nazir Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
Həsənov qeyd edib ki, Qarabağda qalmış qeyri-qanuni erməni silahlı dəstələri yalnız onlar üçün “çox pis” nəticələnəcək kiçik təxribatlara qadirdir.
“Lakin, əgər onlar təxribata əl atsalar, Azərbaycan Ordusuna qarşı hansısa qanunazidd hərəkət etmək niyyətində olsalar, o zaman Azərbaycan Ordusunun bir korpusu həmin qeyri-qanuni silahlı dəstələrinin öhdəsindən gələ bilər. Güclərin və vasitələrin nisbəti (Azərbaycan Ordusu ilə qanunsuz erməni birləşmələrinin - İF) bizə məlumdur və biz bilirik ki, bu nisbət onların xeyrinə deyil. Beləliklə, bölmələrdən biri həmin qeyri-qanuni erməni silahlı dəstələrini tərksilah etmək iqtidarındadır”, - Həsənov əlavə edib.
Nazir əlaə edib ki, Azərbaycan kəşfiyyatın böyük imkanları sayəsində qeyri-qanuni erməni silahlı dəstələri barədə tam məlumata malikdir.
"Biz onların silahlanması barədə tam məlumatlıyıq, bunlar texniki təmir və xidmət tələb edən bir neçə onlarla tank, problemləri olan onlarla silahdır. Onların «şəxsi» heyətinin hazırlıq səviyyəsi haqqında məlumatımız var. Birmənalı olaraq deyə bilərəm ki, bu «bölmələr» Azərbaycan üçün heç bir təhlükə yaratmır, onların bütün imkanları planlaşdırdıqları xırda təxribatlardır. Lakin, mən onlara xəbərdarlıq edirəm ki, bu halda onlara qarşı Azərbaycanın bütün qanunlarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələrindən istifadə ediləcək, onlar bütün tələbləri yerinə yetirməyə məcbur olacaq", - nazir deyib.
Eyni zamanda nazir qeyd edib ki, ağlın qalib gələcəyinə ümid edir və qeyri-qanuni erməni dəstələri “variantlarının olmadığını dərk edərək, beynəlxalq qanunlar və Azərbaycanımn ərazi bütölüyü çərçivəsində hərəkət etməlidirlər”.
“Yəni, Azərbaycan qanunlarını qəbul etməlidirlər və Azərbaycan ərqazisində qanuni şəkildə yaçamaq istəyənlər, buyurub yaşasınlar, kim istəmirsə - yol açıqdır, istədikləri yerə gedib yaşaya bilərlər”, - Həsənov vurğulayıb. **
N.Abbasova