Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
«Görüş zamanı tərəflər hərtərəfli Qazaxıstan-Azərbaycan əməkdaşlığının hazırki vəziyyəti və onun perspektivlərini müzakirə ediblər», - Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Hacıyev Qazaxıstan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasına və bu istiqamətdə birgə fəaliyyətin vacibliyinə diqqət çəkib.
Öz növbəsində, Bayel ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir sıra konkret təkliflər səsləndirib. **
R.Əhmədov