Azərbaycan Maliyyə Nazirliyinin təsisçi qismində çıxış etdiyi “Aqrarkredit” BOKT “Ermitaj”ın rəsmi mehmanxanası – “The Hermitage Hotel”in yeni sahibi oldu.
“İnterfaks-Azərbaycan” Rusiya mətbuatına istinadən xəbər verir ki, Rosreyestrin məlumatına əsasən, iyunun 15-də “Aqrarkredit” “Ermitaj”ın rəsmi mehmanxanasının yeni mülkiyyət hüququnu əldə edib.
“Aqrarkredit” mehmanxananı saxlamağa söz verib və ümid edir ki, muzey adı qorumağa icazə verəcək. Əks təqdirdə yeni brend yaranacaq. İnteryer yenilənəcək, lakin üslubu qorumaq istəyirlər. İnvestisiya məbləği açıqlanmır.
«The Hermitage Hotel» beş ulduzlu mehmanxana 2013-cü ildə Pravda küçəsi, 10-da bərpa edilmiş Qida sənayesi işçilərinin Mədəniyyət Evində açılıb. Məlumdur ki, binanın sahibi azərbaycanlı iş adamı Elşən Babayevin Beynəlxalq Baltik İnvestisiya Şirkəti olub.
2016-cı ildə binanın bərpasını maliyyələşdirən Azərbaycan Beynəlxalq Bankı 35 milyon dollar məbləğində borcların ödənilməsini tələb edib və uzunmüddətli məhkəmə işi başlayıb, bu müddətdə otel hərraca çıxarılıb, Babayev isə kreditor borclarının ödənilməsindən yayınma cinayət işinin fiqurantı olub.
Məlumdur ki, “Ermitaj”ın əmtəə nişanından istifadə üçün lisenziya müqaviləsinin müddəti 2028-ci ilin may ayında başa çatır. **
R.Əhmədov