Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiyada qiyam cəhdinin əvvəlindən etibarən qan tökülməməsi üçün tədbirlər görülüb.
«Birbaşa tapşırığıma əsasən hadisələrin əvvəlindən etibarən qırğının qarşısını almaq üçün addımlar atılıb», - Putin bazar ertəsi telemüraciətində bildirib.
«Bunun üçün vaxt tələb olundu, o cümlədən səhv addım atanlara fikirlərindən daşınmağa imkan vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd olunduğunu, cəlb olunduqları avantüranın Rusiya üçün, dövlətimiz üçün hansı faciəli, dağıdıcı nəticələrə səbəb olacağını başa düşmək üçün vaxt tələb olundu», - deyə o qeyd edib. **