Türkiyə 2023-cü ilin aprel ayında 698 milyon kubmetr maye qaz idxal edib ki, bu da son 7 ay ərzində (2022-ci ilin oktyabr ayından) minimum göstəricidir. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumundan (EPDK) məlumat verilib.
Eyni zamanda, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 14% (614 milyon kubmetr) çoxdur.
Təbii qaz idxalı demək olar ki, dəyişməz olaraq qalıb (-2%) və 3,982 milyard kubmetr təşkil edib. Apreldə boru kəməri ilə idxal 3,284 milyard kubmetrə qədər azalıb (bir il əvvəl 3,454 milyard kubmetr təşkil edib).
Rusiyadan 1,722 milyard kubmetr, Azərbaycandan 893 milyon kubmetr, İrandan 867 milyon kubmetr qaz idxal edilib.*