Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
“Vaşinqtonda Mirzoyanla Blinken arasında görüş baş tutub. Regional təhlükəsizlik və sabitlik məsələləri, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub”, - deyə Ermənistan XİN-dən məlumat verilib.
Görüşdə Mirzoyan və Blinken Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin təmin edilməsinin vacibliyini bəyan ediblər, habelə regional nəqliyyat infrastrukturunun açılması məsələləri ətrafında müzakirə aparıblar.*