2023-cü ilin əvvəlindən “Rosselxoznadzor”un Şimali Qafqaz Regionlararası İdarəsi Azərbaycandan Stavropol diyarı ərazisinə 147,82 ton meşə fındığının idxalına nəzarət edib.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”un məlumatına istinadən xəbər verir ki, 2022-ci ildə cəmi 75 ton fındıq tədarük olunub.
Satışdan öncə meşə fındığı partiyalarından nümunələr götürülməklə entomoloji tədqiqatlar aparılmalıdır.*
R.Əhmədov