Çərşənbə gününə keçən gecə Azərbaycan Qarabağ iqtisadi rayonunda Azərbaycan tərəfinin cavab tədbirləri nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü zərərsizləşdirilib. Bu barədə Ermənistan mətbuatı yazır.
Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat verib ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Nazirlikdən qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.**