2023-cü ilin yekunları üzrə “Cənubi Qafqaz Dəmir Yolu” QSC təxminən 2,5 milyon ton yük nəql etməyi planlaşdırır, bu da 2022-ci ilin göstəricisindən 28,6% çoxdur.
“Ötən il 3,5 milyon ton yük daşımışıq. Bu il Sot yatağında həcmlərin azalması ilə əlaqədar bizdə 3 milyon tonadək, təxminən 2,5 milyon ton olacaq. İlin yekunları üzrə mənfi büdəmiz olacaq, zərərlə içləyəcəyik”, - CQDY-nin baş direktoru Aleksey Melnikov çərşənbə günü mətbuat konfransında bildirib.
O qeyd edib ki, CQDY-nin yük daşımalarının 48%-i Sot yatağının payına düşürdü.
Aprel ayında yatağı istismar edən “GeoProMining Gold” şirkəti onun işinin qeyri-müəyyən müddətə dayandırıldığını bəyan edib. Sot qızıl yatağı (Zod qızıl yatağı kimi də tanınır) Ermənistanın Qeqarkunik vilayətində, Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.
Ermənistanın Türkiyə və Azərbaycanla dəmir yolu əlaqəsi açıldığı halda CQDY-nin potensialı barədə söz açan Melnikov bəyan edib ki, bu günə Ermənistanın dəmir yolu infrastrukturu ölkə ərazisi ilə illik təxminən 8 milyon ton yük daşımağa imkan verir.
"Əgər əlavə həcmdə yüklər olarsa, biz onları daşıya bilərik. Bununla bağlı heç bir problem yaranmayacaq. Texniki nöqteyi-nəzərindən hər şey mümkündür. Əvvəllər bu infrastruktur işləyirdi, nəql həyata keçirilirdi. İnfrastruktur ciddi investisiya, təmir tələb edir, çünki obyekt (Ermənistandan Türkiyəyə və Azərbaycana dəmir yolu - İF) son 30 il ərzində işləməyib", - CQDY-nin baş direktoru bildirib. **