Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) spikeri Ayxan Hacızadə Ermənistan silahlı qüvvələrini Cənubi Qafqazda sabitliyi pozan əsas amil adlandırıb.
Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Cənubi Qafqazda vəziyyətin pozulması riski ilə bağlı tvitinə cavab olaraq Twitter-də yazıb ki, erməni baş nazir “yenə beynəlxalq ictimaiyyətini yanıldır”.
"Azərbaycan qüvvələri azərbaycanlı hərbçinin yaralandığı (qarşı tərəfin - İF) hərbi əməliyyatlarla əlaqədar yalnız cavab tədbirləri görüb. Bölgədə əsas sabitliyi pozan amil Ermənistan silahlı qüvvələridir", - Azərbaycan Xarici Işlər Nazirliyinin nümayəndəsi qeyd edib.
O əlavə edib ki, “həmin Ermənistan qüvvələri, üçtərəfli bəyanatda (10 noyanr 2020-ci ilə keçən gecə imzalanmış - İF) əksini tapan beynəlxalq hüquq və öhdəliklərə zidd olaraq, Azərbaycandan tam çıxarılmayıb”.
“Yaxın ərazilərdə yaşayan və evlərinə qayıdan azərbaycanlıları təhdid edən bu qanunsuz birləşmələr əsas təhlükədir”, - Azərbaycan XİN-in spikeri belə hesab edir.
«Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə öz öhdəliklərini yerinə yetirməli və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmətlə yanaşmalıdır», - Hacızadə yazıb. **
İnformasiya şöbəsi