Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, respublika Rusiyadan gətirilən taktiki nüvə silahını tətbiq etməli olmayacaq.
"Nə qədər çox yaşarsak, o qədər əmin oluruq ki, o (taktiki nüvə silahı - İF) bizdə, Belarusda, etibarlı bir yerdə qalmalıdır. Əminəm ki, biz onu heç vaxt tətbiq etməyəcəyik və heç vaxt düşmən torpaqlarımıza ayaq basmayacaq", - Lukaşenko cümə günü Belarusun Müstəqillik Günü münasibətilə keçirilən təntənəli yığıncaqda bildirib. BelTA dövlət agentliyi onun sözlərindən sitat gətirir.
Prezident qeyd edib ki, Rusiyanın nüvə silahının Belarus ərazisinə gətirilməsi onun «sərt təşəbbüsü» olub. **