Şənbə günü Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda cari həftə qeyri-qanuni silahlı dəstələrinin təxribatına cavab olaraq "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyiti Ermənistana təhvil verilib.
Azərbaycan mətbuatı məlumat verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət edib.
Meyitlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
"Qisas-2" əməliyyatı zamanı Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib.**
X.Nəsirzadə