Stokholmda Quranın yandırılması aksiyası Avropa İttifaqının rəyini heç bir şəkildə əks etdirmir. Bu bardə Avropa Xarici Siyasət Xidmətinin eəsmisi bəyan edib.
"Quranın və ya hər hansı bir müqəddəs kitabın yandırılması təhqiramiz, hörmətsiz və açıqn təxribat aktıdır. İrqçilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlük təzahürlərinə Avropada yer yoxdur. Belə bir aktın müsəlmanlar üçün vacib olan Qurban Bayramı bayramında törədilməsi daha çox təəssüf doğurur", - şənbə günü Brüsseldə dərc olunan kommyunikedə deyilir.
Həmçinin, sənəddə vurğulanır ki, Avropa İttifaqı «dini və ya inanc azadlığını və fikir ifadəsi azadlığını müdafiə etməyə davam edir (...)». «Qarşılıqlı anlayış və hörmətin tərəfdarı olmaq və gələcək eskalasiyanın qarşısını almaq vaxtı çartıb», - AXSX-nin nümayəndəsinin bəyanatında deyilir.
Brüsseldə qeyd edirlər ki, Aİ Bağdadda hadisələrin inkişafını diqqətlə izləyir, sakit və təmkinli olmağa çağırır və diplomatik binalara hücumları pisləyir. **