Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiyaya uçuların bərpası səbəbindən Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən “Georgian Airways”aviaşirkəti və onun təsisçisi Tamaz Qaiaşviliyə qarşı tətbiq etdiyi sanksiyaları ədalətsiz adlandırıb.
«Ukrayna hökumətinin bəzi nümayəndələri tərəfindən Gürcüstan vətəndaşı Tamaz Qaiaşviliyə qarşı bu gün qəbul edilmiş qərar Ukrayna barəsində nümayiş etdirdiyimiz həmrəylik fonunda gürcü xalqına qarşı ilk ağır və ədalətsiz qərar deyil”, - Papuaşvili şənbə günü jurnalistlərə bildirib.
Bununla yanaşı, parlamentin spikeri qeyd edib ki, Tbilisidə Kiyevin bu cür qərarlarına alışıblar, və əlavə edib ki, Ukrayna hökuməti əvvəllər daha da pis hərəkət edib, xüsusilə Gürcüstanın axtarış elan etdiyi cinayətkarları öz ərazisində gizlədib. **