Rusiya prezidenti Vladimir Putin ölkədə və dünyada öz mövqeyini möhkəmləndirməklə qiyamla bağlı vəziyyətdən çıxıb. Bu barədə RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bəyan edib.
"Putin bu çətin vəziyyətdən çıxmaqla həm ölkədə, həm də dünyada öz mövqeyini daha da möhkəmləndirdi. O, qan tökülməməsi üçün hər şeyi etdi", - Volodin bazar günü öz Teleqram kanalında yazıb.
Dövlət Duması spikerinin fikrincə, ümumiyyətlə, iyunun 23-24-ü Rusiya tarixinə birlik və prezident Putinin ətrafında cəmiyyətin konsolidasiyası günləri kimi daxil olub.
"Ordu, güc strukturları ən yaxşı keyfiyyətlərini nümayiş etdirdilər... Mürəkkəb vəziyyət prezidentin vətəndaş cəmiyyəti və hərbçilər arasında nüfuzunun nə qədər yüksək olduğunu göstərdi", - Volodin qeyd edib.
Volodin yazıb ki, həmçinin «çoxpartiyalılıq və fərqli nöqteyi-nəzərləri ifadə etmək imkanına baxmayaraq, kiminsə qiyamı dəstəkləməsi ilə bağlı bir nümunə belə yox idi». **