Almaniya Federasiyası Rusiya Federasiyasının ərazisinə zərbələr endirmək üçün istifadə edilə biləcək uzun mənzilli silahları Ukraynaya tədarük etmək istəmir. Bu barədə Almaniya kansleri Olaf Şolts ARD-yə müsahibəsində bəyan edib.
«Bizim ABŞ prezidenti ilə birlikdə riayət etdiyimiz bir prinsip var: istifadə zamanı Rusiya ərazisinə çata biləcək silah tədarük etmək istəmirik», - deyə o, “hansı səbəbdən Berlin Ukraynaya “Taurus” aviasiya qanadlı raketlər tədarük etmir” sualına cavabında bildirib.
Eyni zamanda, kansler xatırladıb ki, Almaniya Ukraynaya çox sayda tank tədarük edib. **