İslam Əməkdaşlıq Təşkilatının (IƏT) iştirakçı ölkələri islam rəmzlərinin təkrar təhqir olunmasına qarşı tədbirlər görməyə çağırıblar. Bu barədə Al Arabiya məlumat verir.
İƏT-in baş katibi İbrahim Taha bəyan edib ki, müsəlman ölkələri “bunu dayandlrmaq üçün kollektiv tədbirlər görməlidirlər”. Onun sözlərinə görə, Quranı təhqir etmək islamofobiyanın yeganə təzahürü deyil.
Daha əvvəl məlumat verilib ki, Stokholmun mərkəzində Quranın yandırılması aksiyasından sonra İsveçdə təhlükəsizlik nəzarəti və sərhəd nəzarəti gücləndiriləcək. Bu barədə hökumətin saytında dərc olunmuş İsveç Xarici Işlər Nazirliyinin bəyanatında deyilir.
Bu ölkənin XİN-dən verilən məlumata görə, İsveç bu cür aksiyalarla əlaqədar ölkə üçün yeni təhdidlərin yaranması riski altındadır.
Hazırda İsveç Polis Idarəsi təsdiqləyib ki, nəzarət tədbirlərinə lazımi düzəlişlər edir və təhlükənin aradan qaldırılması üçün digər orqanlarla qarşılıqlı əlaqəni genişləndirir. İsveç Təhlükəsizlik Xidməti də «döyüşçü ekstremistlərə qarşı» işini fəallaşdırıb.
Daha öncə İsveçdə Quranı yandırmağa icazə verilib. **
V.Əliyev