Rusiya Ukraynanın NATO-ya üzvlüyü təhlükəsinin aradan qaldırılmasına nail olacaq. Bu barədə RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib.
"Bizim məqsədimiz sadədir - Ukraynanın NATO-ya üzv olma təhlükəsini aradan qaldırmaq. Və biz buna nail olacağıq. Hər nə olursa-olsun", - Medvedevin "Rossiyskaya qazeta" nəşrində dərc olunmuş məqaləsində deyilir.
Onun sözlərinə görə, artıq münaqişə halında Ukraynanı alyansa üzv etməyəcəklərinə dair fikir var.
“Bu halda, düzdür, çox sadə və kədərli nəticə çıxarmaq olar: əgər münaqişə edən ölkələri NATO-ya üzv qəbul etmirlərsə, demək münaqişə davamlı olacaq, çünki bu, Rusiyanın mövcudluğu məsələsidir”,- o bəyan edib.
O, həmçinin Qərb rəsmilərinin Rusiyanın NATO-nu dayandırmaq istədiyini, alyansın isə İsveç və Finlandiyanın hesabına genişləndiyi bəyanatlarını şərh edib.
"Bu, ağ yalanıdır. Biz heç vaxt NATO-nu dayandırmağa çalışmadıq. Bu bizim gücümüz və imkanlarımız xaricindədir, bu iki Skandinaviya ölkəsi isə (İsveç və Finlandiya) alyansla əlaqəli olub. Biz hər zaman yalnız bir şey istəyirdik - narahatlığımızı nəzərə alsınlar və ölkəmizə daxil olan keçmiş dövlətləri NATO-ya dəvət etməsinlər. Xüsusilə, bizim ərazi mübahisələrimiz olan dövlətləri", - Medvedev qeyd edib. **