Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev hesab edir ki, «taxıl sazişi» hazırkı formada mütləq ləğv edilməlidir.
"Ölkəmizdən idxal olunan kənd təsərrüfatı məhsullarına və qida məhsullarına asılılığı hər yerdə dərk etdilər. Baxmayaraq ki, hər kəsə aydındır ki, indiki formada ona ehtiyac yoxdur və mütləq ləğv edilməlidir", - Medvedev "Rossiyskaya qazeta" nəşrində dərc olunmuş "Qarşıdurma dövrü" məqaləsində yazır.
«Taxıl sazişi»nin uzadılmasının növbəti müddəti iyulun 17-də başa çatır. **