Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 3-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 3-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8557 manat/1EUR səviyyəsində (iyunun 23-nə 1.8587 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 3-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0192 manat/1RUB səviyyəsində (iyunun 23-nə 0.0204 manat/1RUB) müəyyən edib.
İyulun 3-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0653 manat/1TRY səviyyəsində (iyunun 23-nə 0.0672 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov