“FİNOKO BOKT” 500 min manat məbləğində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 10,3% - 5 milyon 355 min manata qədər artırmağı planlaşdırır.
Maliyyə bazarındakı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 10 manat olan 50 min ədəd səhmə bölünüb.
2022-ci ilin sonuna BOKT-un nizamnamə kapitalı 4,855 milyon manat təşkil edib.
“FİNOKO BOKT” ASC 2014-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. Təşkilatın səhmdarları iki fiziki şəxsdir.
2022-ci il dekabrın 31-nə BOKT-un aktivləri 31 milyon manatı ötür, o cümlədən kredit portfeli 23,9 milyon manat təşkil edir. “FİNOKO”nun öhdəlikləri 20,8 milyon manata, kapitalı təxminən 10,3 milyon manata bərabərdir. 2022-ci il ərzində BOKT-un xalis mənfəəti 1,4 milyon manat təşkil edib.*
R.Əhmədov