Energetika naziri Pərviz Şahbazov OPEC-in 5-6 iyul tarixlərində Vyanada (Avstriya) “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusunda keçiriləcək 8-ci beynəlxalq seminarında iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin tanış olduğu seminarın proqramına əsasən, Şahbazov iyulun 5-nə planlaşdırılan “Bazar sabitliyi və enerji təhlükəsizliyi” mövzusunda sessiyanın iştirakçısı olacaq.
Sessiyada, həmçinin 2023-cü ildə OPEC konfransının prezidenti, Ekvatorial Qvineyanın mədən sənayesi və karbohidrogen naziri Antonio Oburu Ondo, BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Əl-Mazrui və Nigeriya təmsilçisi (daimi nümayəndə, Nigeriyanın Neft Ehtiyatları Nazirliyi) Qabriel Tanimu Aduda da iştirak edəcəklər.*
R.Kərimov