İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana gələcək.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İran XİN-in rəsmisi Naser Kənani bildirib.
“Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşündən danışan spiker qeyd edib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın bu görüşdə iştirak edəcəyi gözlənilir”, - deyə İRNA informasiya agentliyi yazır.
Kənani, həmçinin deyib ki, səfər çərçivəsində İran XİN başçısının azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılıb.
O əlavə edib ki, “bu cür görüşlər anlaşılmazlığın aradan qaldırılmasına və əməkdaşlığın möhkəmlənməsinə (Tehran və Bakı arasında – İF) gətirib çıxara bilər”.*
R.Kərimov