Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “BakuBus” MMC-nin Müşahidə Şurasının sədri təyin edilib.
Prezident İlham Əliyev bu gün müvafiq sərəncam imzalayıb. Sərəncam dövlət başçısının saytında dərc olunub.
Rəhman Hümmətov “BakuBus” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsində iqtisadiyyat nazirinin müavini Elnur Əliyevi əvəz edib.*
R.Kərimov