2023-cü il iyul ayının əvvəlinə olan vəziyyətə görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 45,055 min ipoteka krediti verilib.
“İnterfaks-Azərbaycan” agentliyi İKZF-nin məlumatına istinadən xəbər verir ki, verilmiş ipoteka kreditlərinin məbləği 2 milyard 659 milyon 144,891 min manat təşkil edir.
Bundan başqa, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı 3567 təşkil edir.
Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 361 milyon 950 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.*
X.Nəsirzadə