2023-cü il iyunun 25-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $9 milyard 195,9 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2022-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $8 milyard 995,7 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2023-cü ilin I yarısında Mərkəzi Bankın valyuta ehtiyatları 2,2% artıb.
İyunda AMB-nin valyuta ehtiyatları 0,22% və ya $20,2 milyon artıb.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 27,1% artıb.*
A.Əzizov