NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı alyansa üzv ölkələrin onun səlahiyyət müddətini daha bir il - 2024-cü ilin oktyabrına qədər uzatmaq qərarına gəldiyini təsdiq edib.
«NATO müttəfiqlərinin baş katiblik səlahiyyətlərimi 2024-cü il oktyabrın 1-dək uzatmaq barədə qərarı mənim üçün şərəfdir», - Stoltenberq Twitter-də yazıb. **