Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi elektrik mal-materiallarının və avadanlıqların satınalınmasına 1,4 milyon manata yaxən vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, "İnterkabel Firması" ilə 1,377 milyon manat dəyərində müvafiq müqavilə imzalanıb.
Müqavilə üzrə işlərin icrası müddəti – 31 dekabr 2023-cü il tarixinə qədərdir. **
R.Kərimov