Çərşənbə axşamı Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Qırğız Respublikasının Bakıdakı səfiri Kayrat Osmonaliyev ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” DTA-ya istinadən məlumat verir.
“Görüşdə tərəfər qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhəmiyyətini qeyd ediblər. Osmonaliyev məlumat verib ki, cari ilin 22 iyul tarixindən etibarən Bişkek və Bakı arasında həftədə bir dəfə olmaqla birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır”, - Agentliyin məlumatında deyilir.
Bakı-Bişkek marşrutu üzrə uçuşları həftənin şənbə günləri Azərbaycanın AZAL şirkəti yerinə yetirəcək. Cədvələ əsasən, Bakıdan uçuş yerli vaxtla saat 02:35-də Bişkekə eniş yerli vaxtla saat 22:00-da həyata keçiriləcək. Əks istiqamətdə uçuş saat 03:35-də, Bakıya eniş saat 04:45-də olacaq.
Statistik məlumatlara əsasən, 2023-cü ilin yanvar-may aylarında Qırğızıstandan Azərbaycana 1733 nəfər səfər edib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. **
X.Nəsirzadə