Sakit Okean Donanmasından verilən məlumata görə, Kamçatka diyarında MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb, ekipajın axtarışı aparılır.
“İyulun 4-də Kamçatka diyarında Avaçi körfəzi akvatoriyası üzərində planlaşdırılmış təlim uçuşu zamanı diyarında MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb”, - çərşənbə axşamı Sakit Okean Donanmasının informasiya təminatı şöbəsi məlumat verib.
Bəyan edilib ki, qırıcı təyyarə döyüş komplekti olmadan uçuş icra edirdi.
“Qəzanın baş verdiyi əraziyə ekipajın axtarışı üçün Sakit Okean Donanmasının axtarış-xilasetmə qüvvələri göndərilib”, - Donanmadan məlumat verilib. **