Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Azerbaijan" MMC tərəfindən Pirallahı Sənaye Parkının ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.
“Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur”, - “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Müəssisəsədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da planlaşdırılır.
"Supreme Pharmatech Azerbaijan" şirkəti Pirallahı Sənaye Parkının 6-cı rezidenti olub. **
B.Rüstəmbəyov