Azərbaycan prezidenti İlham Əliyev Paris ətrafındakıNanterqəsəbəsindəƏlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsini Fransada irqçiliyin və islamofobiyanın əlaməti kimi xarakterizə edib.
“Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir”, - Əliyev çərşənbə günü Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə bildirib.
“Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”, - dövlət başçısı qeyd edib.
Prezident qeyd edib ki, dünyada geniş vüsət alan islamofobiya və ksenofobiya halları, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdləri narahatlıq doğurur.
“Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”, - Əliyev bəyan edib. **
B.Rüstəmbəyov