Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul, onunla Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.
Azərbaycan liderinin saytında dərc edilən məlumatda qeyd olunur ki, Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə həmsöhbətinə məlumat verib.
Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparıldı.
Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Əliyev ona fəaliyyətində uğurlar arzuladı. Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirdi.
“Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edildi”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov