Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)Horadiz şəhəri (Füzuli rayonu)-Ağalı kəndi (Zəngilan rayonu) rayonlararası və Tərtər şəhəri-Talış kəndi (Tərtər rayonu daxili) müntəzəm rayonlararası avtobus marşrutları üzrə daşıyıcı şirkətlərin seçiminə dair müsabiqə elan edib.
Müsabiqə şərtlərinə əsasən, daşıyıcı şirkətlər qeyd olunan marşrutlar üzrə xidmətlərin göstərilməsi üçün ən azı bir avtobus təqdim etməlidirlər.
İddiaçılar sənədlərini 19 iyul saat 17:00-dəktəqdim etməlidir.
Marşrutlar üzrə təklif zərflərinin açılması avqustun 4-də baş tutacaq. **
B.Rüstəmbəyov