İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranla Bakı arasında münasibətlərin bərpasına ümid etdiyi bildirib.
“Anlaşılmazlığı aradan qaldırmaqla ölkələrimiz və xalqlarımız arasında ümumi əlaqələri bərpa edə bilərik. İnanırıq ki, İranla Azərbaycan arasında yüksək səviyyəli əlaqələri bərpa edəcəyik”, - Abdullahiyan çərşənbə günü Bakıda bəyan edib. Azərbaycan KİV iranlı nazirin sözlərindən sitat gətirir.
O əlavə edib ki, Tehranda “Cənubi Qafqazda bütün problemlərin sülh, danışıqlar yolu ilə həllini tapacağına inanırlar”. **
İnformasiya şöbəsi