Qazaxıstan-BƏƏ “Caspian Integrated Maritime Solutions Ltd” birgə müəssisəsi (BM) neft donanmasına hər biri 8 min ton dedveyt olmaqla iki tanker əlavə edib. Bu barədə “KazMunayQaz”ın (KMQ) mətbuat xidməti məlumat verib.
KMQ xatırladır ki, 2023-cü ilin mart ayından etibarən Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik 1,5 milyon ton həcmində Qazaxıstan neftinin göndərilməsinə başlanılıb.
"Respublikamız və BƏƏ Aktau-Bakı dəniz marşrutu ilə bərabər əsasda neft daşıyır. Alınan iki tanker Qazaxıstan tərəfinin illik 750 min ton neft daşınması ilə bağlı öhdəliklərini tam ödəməyə imkan verəcək", - KMQ-nin məlumatında deyilir. **