Özbəkistan prezidenti Şavkat Mirziyoyev tezliklə Azərbaycana səfər edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Azərbaycan prezidentin saytıbda dərc olunmuş məlumatda qeyd olunur ki, Əliyev çərşənbə günü Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovu qəbul edərək bəyan edib ki, “prezident (Özbəkistanın - İF) Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfəri gözlənilir”.
Öz növbəsində, Saidov qeyd edib ki, “Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində (2022-ci ilin iyun ayında - İF) iki ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətin davam etdirilir və qarşıya qoyulmuş bütün məqsədlər diqqətdə saxlanılır”.
“Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırıldı, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir. **
İnformasiya şöbəsi