Hazırda Azərbaycan OPEC-ə yeni iştirakçı kimi daxil olmaq məsələsini nəzərdən keçirmir.
«Bu cür məsələlər bəzən qaldırılır, lakin hazırda biz bu məsələni nəzərdən keçirmirik», - energetika naziri Pərviz Şahbazov jurnalistlərə bildirib
Daha öncə çərşənbə günü Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm Əl-Qeys “İnteraks”a məlumat verib ki, Azərbaycanı təşkilatın daimi üzvlüyünə dəvət edilib.
O, OPEC+ koalisyasına daxil olan Bakının cavabını açıqlamayıb.
Hazırda Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-in təşkil etdiyi seminarda iştirak edir. Tədbirdə OPEC+ iştirakçılarının sayını artırmaq çağırışı barədə bəyan olunub. **