Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8433 manat/1EUR səviyyəsində (iyulun 5-nə 1.8476 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0185 manat/1RUB səviyyəsində (iyulun 5-nə 0.0189 manat/1RUB) müəyyən edib.
İyulun 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0652 manat/1TRY səviyyəsində (iyulun 5-nə 0.0654 manat/1TRY) müəyyən edilib.*