Qarabağın erməni sakinləri Azərbaycanın digər vətəndaşları kimi eyni hüquqlara malik olacaqlar. Bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev deyib.
“Haaqada Azərbaycan və Ermənistan arasında sülhə və Aİ ilə Azərbaycan, Ermənistan və Gürcüstan arasında münasibətlərə həsr olunmuş maraqlı konfrans. Erməni həmkarlarıma yeni regional reallığın əsas parametrlərini izah etmək şərəfinə nail oldum. Qarabağ erməniləri Azərbaycanın digər vətəndaşları kimi eyni hüquqlara malik olacaqlar. Bütün vətəndaşlar qanun qarşısında bərabərdir”, - deyə o, Niderlandda keçirilən konfransın yekunları üzrə “Twitter”də yazıb.*
R.Kərimov