Albaniya Prezidenti Bayram Beqay bu gün Azərbaycana səfərə yola düşüb. Bu barədə Albaniya mətbuatı xəbər verir.
Qeyd olunur ki, səfər çərçivəsində Beqayın Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları nəzərdə tutulub. Danışıqlar zamanı dövlət başçıları ikitərəfli əlaqələri, xüsusilə enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər.
Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.
Beqay Azərbaycana Əliyevin dəvəti ilə gəlir.*
R.Kərimov