Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.
“Görüşdə Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə dövlət başçısının saytında bildirilib.
Əliyev, həmçinin Əlcəzair Prezidenti Abdelməcid Tebbunu Azərbaycana səfərə dəvət edib.*
R.Kərimov